Ermənistanın xarici işlər naziri və Fransa səfiri ikitərəfli münasibətləri müzakirə ediblər
Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan Fransanın Ermənistandakı yeni səfiri Olivye Dekotini qəbul edib, yeni səfir etimadnaməsinin surətini XİN rəhbərinə təqdim edib.
"Operativ Media" xəbər verir ki, bu barədə ARMENPRESS məlumat yayıb.
Tərəflər Ermənistan və Fransa arasında yüksək səviyyəli siyasi dialoqu, fəal qarşılıqlı səfərləri və yüksək formatlarda müntəzəm təmasları müzakirə edib, münasibətlərin bu çağırışlarla dolu mövcud vəziyyətdə yeni tərəfdaşlıq sahələrinin tapılmasına kömək etdiyi vurğulanıb.
Xarici işlər naziri və Fransa səfiri həmçinin Ermənistan-Fransa İqtisadi Əməkdaşlığının 2021-2026-cı illər üçün Yol Xəritəsinin həyata keçirilməsi, Fransa İnkişaf Agentliyi ilə mədəniyyət və təhsil sahələrində əməkdaşlığın genişləndirilməsi ilə bağlı ikitərəfli gündəliyin proqramlarını müzakirə ediblər.
Ermənistanın regionda sülh və sabitliyə olan baxışından danışan Mirzoyan bu məsələdə maraqlı olan tərəflərin aydın fəaliyyət göstərməsinin və davamlı olaraq iştirakının vacibliyini vurğulayıb.
Teqlər:
"Ermənistanın xarici işlər naziri və Fransa səfiri ikitərəfli münasibətləri müzakirə ediblər"