Menyu

Filippində sərnişin qayığının batması nəticəsində 27 nəfər ölüb

Filippində sərnişin qayığının batması nəticəsində 27 nəfər ölüb

Filippinin Laquna de Bay gölündə həddindən artıq yüklənmiş qayığın çevrilməsi nəticəsində 27 nəfər ölüb.

"Operativ Media" dünya mətbuatına istinadən xəbər verir ki, səlahiyyətlilər 40 nəfərin xilas edildiyini bildirib.

Hələ də qayıqdan çıxarılmamış cəsədlərin ola biləcəyini ehtimal edən səlahiyyətlilər, axtarış-xilasetmə işlərinin davam etdiriləcəyini qeyd edib. Qayığın maksimum sərnişin tutumunun 42 nəfər olduğu məlumatı əldə edilərkən, həddindən artıq sərnişin götürən gəminin kapitanı və operatoru haqqında cinayət işi açılacağı vurğulanıb.

Filippin Sahil Mühafizəsi bildirib ki, güclü küləkdən təsirlənən qayıq çaxnaşma içində olan sərnişinlərin nizamsız hərəkəti nəticəsində çevrilib. 

Şinhua agentliyi daha əvvəl ölənlərin sayının 30 olduğu bildirilmişdi.

Teqlər:

"Filippində sərnişin qayığının batması nəticəsində 27 nəfər ölüb"

Əlaqəli Xəbərlər