Ərdoğanın Cənubi Koreya prezidentini Türkiyəyə dəvət edib
Prezident Rəcəb Tayyib Ərdoğan Cənubi Koreyanın xarici işlər naziri Park Cini qəbul edib və Cənubi Koreya prezidenti Yoon Suk-yeoli Türkiyəyə dəvət edib.
"Operativ Media" xəbər verir ki, bu barədə Türkiyə Prezident Administrasiyasının Kommunikasiya şöbəsi məlumat yayıb.
Ərdoğan 6 Fevral zəlzələsindən sonra Koreya hökuməti və xalqının göstərdikləri həmrəyliyi unutmayacağını qeyd edib.
Türkiyə-Koreya əməkdaşlığını siyasətdən enerjiyə, müdafiə sənayesindən iqtisadiyyat və ticarətə qədər geniş bir sahədə konkret hədəflərlə inkişaf etdirmək istədiklərini vurğulayan prezident Ərdoğan, 15 milyard dollarlıq ticarət həcminə çatmaq üçün səylərin artırılması lazım olduğunu da qeyd edib.
İdeyanı yaz —
dəqiqələr içində saytın olsun.
›
restoranım üçün sayt
Pulsuz başla →
Kod bilmək lazım deyil · Hostinq daxil · Avtomatik quraşdırma
Saytın hazırlanır…
CANLI
restoran.genitor.net