Qətər humanitar yardım işləri çərçivəsində Ukraynaya 100 milyon dollar ayıracaq.
"Operativ Media" xəbər verir ki, bu barədə Ukraynanın baş naziri Denis Şmiqal məlumat yayıb.
O, sosial media hesabında Qətərin xarici işlər naziri Məhəmməd bin Əbdürrəhman Əl Sani ilə görüşdüyünü paylaşıb.
"Bu pul səhiyyə, təhsil, minalardan təmizləmə, digər mühüm sosial və humanitar layihələrin həyata keçirilməsi üçün istifadə olunacaq", - Şmiqal deyib.
Baş nazir Qara dəniz taxıl təşəbbüsünün yenidən aktivləşdirilməsinin vacib olduğunu və Ukraynadan taxıl daşınmasının davam etdirilməli olduğunu vurğuladıqlarını da bildirib.