Menyu

Rusiya hökuməti düyü ixracına müvəqqəti qadağa tətbiq edib

Rusiya hökuməti düyü ixracına müvəqqəti qadağa tətbiq edib

Rusiya hökuməti düyü ixracına müvəqqəti qadağa tətbiq edib.

"Operativ Media" xəbər verir ki, bu barədə məlumat Rusiya Nazirlər Kabinetinin “Telegram” kanalında dərc edilib.

Qeyd olunub ki, Rusiya hökuməti bu ilin 31 dekabr tarixinədək düyü və düyü yarmasının ixracına qadağa qoyub və bu qərar daxili bazarda sabitliyin qorunması məqsədilə qəbul edilib.

Qadağanın Avrasiya İqtisadi Birliyinə üzv ölkələr, Cənubi Osetiya və Abxaziyaya tətbiq edilməyəcəyi qeyd olunub.

Həmçinin o da əlavə olunub ki, düyü və düyü yarmaları həm humanitar yardım məqsədilə, həm də beynəlxalq tranzit daşımaları çərçivəsində xaricə göndərilə bilər.

Teqlər:

"Rusiya hökuməti düyü ixracına müvəqqəti qadağa tətbiq edib"

Əlaqəli Xəbərlər