23 Avqust 2023, 16:21
Paraqvaylı futbolçu Azərbaycanda çıxış edəcək - FOTO

Paraqvayın "Quarenya" klubunun futbolçusu Dieqo Valdes karyerasını Azərbaycanda davam etdirə bilər.
"Operativ Media" xəbər verir ki, 29 yaşlı yarımmüdafiəçi komanda yoldaşları ilə vidalaşıb və klubu tərk edəcək. Bu barədə "Radioguaira.com" saytı məlumat yayıb.
Valdesə Cənubi Amerika klublarından təkliflər var, lakin oyunçunun növbəti ünvanının Azərbaycan olacağı bildirilib.
Futbolçu instaqram hesabının hekayə bölməsində Azərbaycana yolla düşdüyü fotonu paylaşıb.
Dieqo bu ilin yanvarından "Quarenya"da çıxış edir. O, bu mövsüm 18 oyunda 3 qol, 3 məhsuldar ötürmə ilə yadda qalıb.