Menyu

Arda Gülərin "Real Madri"də debüt edəcəyi tarix bəlli oldu

Əziz Əzizli
Arda Gülərin "Real Madri"də debüt edəcəyi tarix bəlli oldu
1 dəq oxu

Arda Gülerin "Real Madrid"də debüt edəcəyi tarix müəyyənləşib.

"Operativ Media" xəbər verir ki, bu barədə İspaniya mətbuatı məlumat yayıb. Hazırda zədəli olan 18 yaşlı yarımmüdafiəçinin 1 aya tam sağalacağı bildirilib. Qeyd olunur ki, Güler sentyabrın 27-də "Las Palmas"la görüşdə meydana çıxacaq. Bu halda o, "kral klubu"nda rəsmi debütünü edəcək.

Qeyd edək ki, "Real" iyul ayının 7-də Arda ilə 6 illik müqavilə imzalayıb. Türkiyə millisinin üzvü iyulun 23-də məşq zamanı zədə alıb.

Əlaqəli Xəbərlər