Dünya Kuboku: Medalların taleyinə sabah aydınlıq gələcək
Əziz Əzizli
Bakıda keçirilən şahmat üzrə Dünya Kubokunda medalların taleyinə tay-brekdə aydınlıq gələcək.
"Operativ Media" xəbər verir ki, finalın ikinci oyununda norveçli Maqnus Karlsen Hindistan şahmatçısı Rameşbaba Praqnanandxa ilə bərabərə qalıb. İlk oyunda da heç-heçə qeydə alındığından Dünya Kubokunun qalibi sabah tay-brekdə məlum olacaq.
Üçüncü yer uğrunda ikinci oyunda Azərbaycan şahmatçısı Nicat Abasov ABŞ təmsilçisi Fabiano Karuanaya uduzub. İlk oyunda N.Abasov qalib gəldiyindən ümumi hesab bərabərləşib. Şahmatçılar sabah tay-breykdə üz-üzə gələcəklər.
İdeyanı yaz —
dəqiqələr içində saytın olsun.
›
restoranım üçün sayt
Pulsuz başla →
Kod bilmək lazım deyil · Hostinq daxil · Avtomatik quraşdırma
Saytın hazırlanır…
CANLI
restoran.genitor.net