Musa Qurbanlının komandası mərhələ adladı

Əziz Əzizli
Musa Qurbanlının komandası mərhələ adladı

Azərbaycan millisinin futbolçusu Musa Qurbanlının çıxış etdiyi "Yurqorden" İsveç Kubokunda oyun keçirib.

"Operativ Media" xəbər verir ki, komanda 2-ci mərhələdə səfərdə 1-ci Divizionun lideri "Sandvikens" ilə üz-üzə gəlib. Matç "Yurqorden"in 5:1 hesablı qələbəsi ilə başa çatıb. Beləliklə elita təmsilçisi növbəti mərhələyə adlayıb.

Qurbanlı bu görüşdə start heyətində meydana çıxıb. Hücumçu 12-ci dəqiqədə komandasının 2-ci qolunu vurub. Bu, 21 yaşlı forvardın İsveç klubunda ilk qolu olub.

"Sandvikens" - "Yurqorden" 1:5 

Qollar: Milleskoq, 10 (0:1), Musa Qurbanlı, 12 (0:2), İgbarumah, 31 (1:2), Danielson, 45-pen. (1:3),Milleskorq, 66 (1:4), Haris Radetinaç, 90 (1:5)

Digər xəbərlər