Mahir Emrelinin də çıxış etdiyi "Dinamo Zaqreb" klubunun və Xorvatiya millisinin qapıçısı Dominik Livakoviç İstanbul şəhərinə gəlib.
"Operativ Media" xəbər verir ki, xorvatiyalı qapıçı "Fənərbağça" klubuna transfer olub.
Qeyd edək ki, Livakoviç ilə imzalanan müqavilənin detalları hələki açıqlanmayıb.






