25 Avqust 2023, 09:06
"Qarabağ" Azərbaycanın reytinq xalını artırdı

Qarabağ"ın UEFA Avropa Liqasının pley-off mərhələsinin ilk oyununda "Olimpiya"nı (Sloveniya) məğlub etməsi Azərbaycanın UEFA reytinqində xal ehtiyatını artırıb.
"Operativ Media" xəbər verir ki, "atlılar"ın 2:0 hesablı qələbəsi ölkəmizin aktivinə 0,250 xal yazdırıb. Azərbaycan son 5 mövsümün nəticələrinə görə, 16,750 xalla 29-cu sırada qərarlaşıb.
28-ci pillədə 17,125 xalla Slovakiya yer alıb.