"Cəbrayıl" FK yeni baş məşqçisini təqdim edib
Əziz Əzizli
Azərbaycan 2-ci Liqasında mübarizə aparan "Cəbrayıl" futbol klubu yeni baş məşqçisini ictimaiyyətə təqdim edib.
"Operativ Media" xəbər verir ki, "Cəbrayıl" Cavid Hüseynovu komandanın başına gətirib. Təcrübəli baş məşqçi ilə 1 illik müqavilə imzalanıb.
Xatırladaq ki, Cavid Hüseynov 1988-ci ildə Cəbrayıl şəhərində anadan olub. Futbolçu kimi "Turan", "Neftçi", "Adana Demirspor", "Bakı", "Qəbələ", "Zirə" klublarında çıxış edib. 2021-ci ildən "Cəbrayıl"da məşqçi karyerasına başlayıb. 2022/23 mövsümündə Premyerliqada "Şamaxı" klubuna rəhbərlik edib.
2022-ci ildə "Cəbrayıl" FK ilə Azərbaycan Region Liqasının qalibi olub.
İdeyanı yaz —
dəqiqələr içində saytın olsun.
›
restoranım üçün sayt
Pulsuz başla →
Kod bilmək lazım deyil · Hostinq daxil · Avtomatik quraşdırma
Saytın hazırlanır…
CANLI
restoran.genitor.net