Menyu

İtaliya klubu Emre Moru transfer etmək istəyir

Əziz Əzizli
İtaliya klubu Emre Moru transfer etmək istəyir
1 dəq oxu

"Fənərbağça" klubunun futbolçusu Emre Mor karyerasını İtaliyada davam etdirə bilər.

"Operativ Media" xəbər verir ki, Seria A komandalarından "Kalyari" 26 yaşlı futbolçunu heyətinə qatmaq istəyir.

Qeyd edək ki, "Fənərbağça"nın etdiyi yeni transferlərdən sonra Emre Mor da az oynayacağını düşünərək klubu tərk etmək istəyir.

Əlaqəli Xəbərlər