Menyu

Şəhriyar Rəhimov 4-cü turun ilk matçında yad edildi

Əziz Əzizli
Şəhriyar Rəhimov 4-cü turun ilk matçında yad edildi
1 dəq oxu

Azərbaycan Premyer Liqasının 4-cü turu çərçivəsində keçirilən "Araz-Naxçıvan" - "Sumqayıt" matçından öncə dünyasını dəyişmiş Azərbaycan millisinin sabiq futbolçusu Şəhriyar Rəhimovun xatirəsi 1 dəqiqəlik sükutla yad edilib.

"Operativ Media" xəbər verir ki, Şəhriyar Rəhimov müalicə üçün getdiyi Turkiyədə dünyasını dəyişib.

Qeyd edək ki, 34 yaşlı futbolçu ötən mövsüm səhhəti ilə bağlı karyerasını bitirmişdi.

Əlaqəli Xəbərlər