Menyu

Daha iki cüdoçumuz dünya çempionatında mübarizəyə başlayır

Daha iki cüdoçumuz dünya çempionatında mübarizəyə başlayır

Xorvatiyanın paytaxtı Zaqrebdə yeniyetmə cüdoçular arasında keçirilən dünya çempionatına bu gün yekun vurulacaq.

“Operativ Media” xəbər verir ki, yarışın son günündə Azərbaycan yığmasının daha iki üzvü tatamiyə çıxacaq.

Oğlanların mübarizəsində 90 kiloqramda Aslan Kotsoyev, 90 kiloqramdan yuxarı çəkidə isə Ramazan Əhmədov güclərini sınayacaqlar.

 

Görüşlər Bakı vaxtı ilə saat 11:00-da start götürəcək.

Qeyd edək ki, daha əvvəl cüdoçularımızdan Nihad Məmişov (50 kiloqram) və Xədicə Qədəşova (52 kiloqram) qızıl, Məhəmməd Məmişov (50 kiloqram), Məhəmməd Musayev (60 kiloqram) və Əbil Yusubov (66 kiloqram) gümüş, Mirxaliq İskəndərov (55 kiloqram) və Süleyman Şükürov (73 kiloqram) isə bürünc medal qazanıb.

Teqlər:

"Daha iki c\u00fcdo\u00e7umuz d\u00fcnya \u00e7empionat\u0131nda m\u00fcbariz\u0259y\u0259 ba\u015flay\u0131r"

Əlaqəli Xəbərlər