FİFA, Qadınlar arasında Dünya Kuboku çempionatından sonra Cenni Hermosonu dodaqlarından öpən İspaniya Futbol Federasiyasının prezidenti Luis Rubialesi istintaq səbəbilə 90 gün müddətinə futboldan uzaqlaşdırıb.
"Operativ Media" xəbər verir ki, FİFA İspaniya Futbol Federasiyasının prezidenti Luis Rubialesin istintaq tamamlanana qədər "ilkin olaraq 90 gün" futbolla bağlı bütün fəaliyyətlərindən uzaqlaşdırıldığını açıqlayıb.
FİFA Luis Rubialesə müvəqqəti cəza versə də, istintaqın nəticəsinə görə cəza dəyişdiriləcək.
Mövzu ilə bağlı edilən açıqlamada "Bu gündən qüvvəyə minən bu qərar ilkin olaraq 90 gün müddətində və cənab Luis Rubialesə qarşı avqustun 24-də açılan istintaq başa çatana qədər davam edəcək” deyə bildirilib.






