Türkiyə Super Liqası: "Trabzonspor" məğlub oldu

Əziz Əzizli
Türkiyə Super Liqası: "Trabzonspor" məğlub oldu

Türkiyə Super Liqasında 3-cü turun oyunları keçirilir.

"Operativ Media" xəbər verir ki, bu gün daha 3 görüş baş tutub.

“Kasımpaşa” – “Pendikspor” və “Sivasspor” – “Antalyaspor” matçlarında qalib müəyyənləşməyib. “Trabzonspor” – “Rizəspor” matçında isə qonaqlar qələbə qazanıblar.

Turun “İstanbulspor” – “Qalatasaray”, “Fənərbaxça” – “Başakşəhər” və “Adana Dəmirspor” – “Beşiktaş” oyunları təxirə salınıb.

Türkiyə Super Liqası

3-cü tur

25 avqust

Konyaspor – Qaziantep 2:0

Qollar: Gilyerme, 69. Muriç, 90+5.

26 avqust

Kasımpaşa – Pendikspor 1:1

Qollar: Vink, 81 – Romero, 45+7.

Trabzonspor – Rizəspor 2:3

Qollar: Bakasetas, 58-pen. E.Destan, 83 – Moçsi, 20. B.Keser, 43; 66.

Sivasspor – Antalyaspor 1:1

Qollar: Q.Rodriqes, 36 – Larsson, 10.

27 avqust

20:15. Fatih Karagümrük – Ankaragücü

20:15. Kayserispor – Samsunspor

22:45. Alanyaspor – Hatayspor

Digər xəbərlər