Menyu

Musa Qurbanlı vurduğu qollardan sonra paylaşım etdi

Əziz Əzizli
Musa Qurbanlı vurduğu qollardan sonra paylaşım etdi

"Yurqorden"də çıxış edən Azərbaycan millisinin üzvü Musa Qurbanlının İsveç çempionatında vurduğu ilk qollardan sonra "İnstaqram" hesabında paylaşım edib.

"Operativ Media" xəbər verir ki, o, 21-ci turda "Deqefors"a 4:1 hesabı ilə qalib gəldikləri matçda 2 qol vurub, 1 qolun ötürməsini verib.

"İlk qolları fantastik azarkeşlərimiz qarşısında vurmaq fantastik hisslərdir. Hər kəsə əla dəstəyi üçün təşəkkür" - deyə M.Qurbanlı "İnstaqram" hesabında yazıb.

Xatırladaq ki, M. Qurbanlı 5 gün əvvəl İsveç kubokunun seçmə mərhələsində "Sandvikens"lə görüşdə (5:1) 1 qol vurub. Yığmamızın 21 yaşlı hücumçusu həm də sözügedən qarşılaşmada qolla nəticələnən penaltinin səbəbkarı olub .

Genitor

İdeyanı yaz —
dəqiqələr içində saytın olsun.

restoranım üçün sayt
Pulsuz başla →
Kod bilmək lazım deyil · Hostinq daxil · Avtomatik quraşdırma
Saytın hazırlanır…
CANLI
restoran.genitor.net
Genitor

Əlaqəli Xəbərlər