Rövlan Muradov "Sumqayıt"ın tarixinə düşdü

Əziz Əzizli
Rövlan Muradov "Sumqayıt"ın tarixinə düşdü

Misli Premyer Liqasının 4-cü turu çərçivəsində keçirilən "Araz Naxçıvan" - “Sumqayıt” qarşılaşması komandamız üçün əlamətdar olub.

"Operativ Media" xəbər verir ki, 1:1 hesabı ilə başa çatan görüşdə Rövlan Muradovun rəqib qapısından keçirdiyi top komandamızın ölkə çempionatlarında 350-ci qolu kimi qeydə alınıb.

Qeyd edək ki, “Sumqayıt” ilk qoluna 2011-ci il avqustun 6-da “Xəzər Lənkəran”la səfər matçında Eşqin Quliyev imza atıb.

Digər xəbərlər