28 Avqust 2023, 14:55
Qurban Qurbanovun jurnalistlərin qarşısına çıxacağı tarix açıqlandı

UEFA Avropa Liqasının pley-off mərhələsinin cavab oyunu çərçivəsində keçiriləcək "Qarabağ" - "Olimpiya" oyunundan öncə təşkil ediləcək mətbuat konfransları və media nümayəndələri üçün açıq məşqin vaxtı məlum olub.
"Operativ Media" xəbər verir ki, bu haqda klubun mətbuat xidməti məlumat yayıb.
"Atlılar"ın baş məşqçisi Qurban Qurbanovun mətbuat konfransı avqustun 30-u saat 18:00-da Tofiq Bəhramov adına Respublika stadionunda baş tutacaq. 18:30-da isə media nümayəndələri üçün açıq məşq (İlk 15 dəqiqə) keçiriləcək.
Qonaq komandanın açıq məşqi 20:00-da, mətbuat konfransı isə 21:20-də Tofiq Bəhramov adına Respublika stadionunda reallaşacaq.