Vinisius Junior 4 həftəlik sıradan çıxdı

Əziz Əzizli
Vinisius Junior 4 həftəlik sıradan çıxdı

“Real” daha bir futbolçusunun xidmətindən məhrum olub. Hücumçu Vinisius Junior bir müddət komandaya kömək etməyəcək.

"Operativ Media" xəbər verir ki, bu barədə "El Chiringuito" məlumat yayıb. Bildirlir ki, ulduz oyunçu ən azı 4 həftə yaşıl meydanlardan uzaq qalacaq. Onun ayyarımdan sonra "Real"ın heyətində meydana çıxa biləcəyi vurğulanıb. 23 yaşlı braziliyalıya ayaq əzələsinin fibrilyar yırtığı diaqnozu qoyulub. Vinisius "Selta" ilə 25 avqustda baş tutan matçda (1:0) zədələnib. Braziliyalı 18-ci dəqiqədə meydanı tərk etmək məcburiyyətində qalıb.

Qeyd edək ki, "Real"ın heyətində Eder Militao, Tibo Kurtua və Arda Güler zədədən əziyyət çəkir. İlk iki futbolçu uzun müddət komandaya köməy edə bilməyəcək.

Digər xəbərlər