29 Avqust 2023, 16:38
"Səbail"dən ayrılan futbolçunun yeni klubu bəlli oldu

"Səbail"dən ayrılan Qoba Zakpanın yeni klubu məlum olub.
"Operativ Media" xəbər verir ki, 31 yaşlı hücumçu karyerasını Şimali Makedoniyada davam etdirəcək. Portuqaliyalı forvard adıçəkilən ölkənin "Qostivar" klubu ilə müqavilə imzalayıb.
Zakpa 2022-ci ilin yayından 2023-cü ilin iyuluna qədər "Səbail"in formasını geyinib. O, "dənizçilər"lə Premyer Liqada 30 oyunda 5 qol, 3 məhsuldar ötürmə ilə yadda qalıb.