30 Avqust 2023, 09:44
Yusif İmanov ən yaxşı gənc futbolçular arasında

CİES Futbol Observatoriyası dünyanın ən istedadlı gənclərinin siyahısını dərc edib. 2002-ci il təvəllüdlü və daha gənclərin düşdüyü siyahıya top-klublara ən hazırlıqlı oyunçular salınıb.
"Operativ Media" xəbər verir ki, cədvəldə Azərbaycan millisinin qapıçısı Yusif İmanov da yer alıb. “Sabah”ın qolkiperi ən yaxşı 55-ci gənc hesab edilib. 20 yaşlı futbolçu 49,5 reytinq xalına layiq görülüb. Onun transfer qiyməti isə 700 min avroya bərabər göstərilib.
Qeyd edək ki, siyahıya “Benfika”nın futbolçusu Antonio Silva başçılıq edir