Çempionlar Liqasının pley-off mərhələsinə yekun vuruldu

Əziz Əzizli
Çempionlar Liqasının pley-off mərhələsinə yekun vuruldu

Bu gün UEFA Çempionlar Liqasında pley-off mərhələsinin cavab oyunlarına yekun vurulub.

"Operativ Media" xəbər verir ki, son oyun günündə üç qarşılaşma keçirib.

II təsnifatda "Qarabağ"ı mübarizədən kənarlaşdıran "Rakuv" Danimarkada "Kopenhagen"in qonağı olub. Görüş bərabərliklə başa çatıb. İlk oyunda qalib gələn "Kopenhagen" qrup mərhələsinə vəsiqə qazanıb. 

Niderland PSV-sini Şotlandiyanın "Reyncers" komandasını darmadağın edərək qruplara yüksəlib.

UEFA Çempionlar Liqası

Pley-off mərhələsi, cavab oyunları

30 avqust

AEK (Yunanıstan) - Antverpen (Belçika) - 1:2

Qollar: S.Arauxo, 90 - Q.Kerk, 73, M.Balikvişa, 90+5 

İlk oyun - 0:1

Kopenhagen (Danimarka) - Rakuv (Polşa) - 1:1

Qollar: D.Vavro, 35 - L.Zvolinski, 87

İlk oyun - 1:0

PSV (Niderland) - Reyncers (Şotlandiya) - 5:1

Qollar: İ.Saybari, 35, 53, L.de Yonq, 66 - C.Tavernye, 64, C.Verman, 78, K.Koldson, 82 (avtoqol)

İlk oyun - 2:2

Digər xəbərlər