Çempionlar Liqasının qruplarına vəsiqə qazanan "Qalatasaray" klubu heyətini gücləndirməkdə maraqlıdır.
"Operativ Media" xəbər verir ki, yarımmüdafiəçi Berkan Kutlu ilə yolları ayırmağa hazırlaşan "sarı-qırmızılı" klub o mövqeyə "Atletiko Madrid"in ispaniyalı yarımmüdafiəçisi Saul Niguezi transfer etmək istəyir.
Bu transferdə "Qalatasaray"a sabiq futbolçusu Arda Turan da kömək edir. Belə ki, Madrid klubunda da çıxış etmiş Arda Saul ilə bir müddət birgə oynayıb.
"Atletiko Madrid" klubu ilə danışıqların son mərhələsində olan "Qalatasaray" tezliklə bu transferi bitirmək istəyir.






