31 Avqust 2023, 15:53
"Neftçi" "Spartak Moskva"nın müdafiəçisi ilə maraqlanır

Transfer çalışmalarını davam etdirən “Neftçi” bu dəfə Rusiyadan oyunçu gətirməyi planlaşdırır.
"Operativ Media" Sportal.az saytına istinadən xəbər verir ki, “ağ-qaralar” “Spartak”ın sol cinah müdafiəçisi Leon Klasseni heyətinə qatmaq istəyir.
Tərəflər arasında danışıqlara start verilib. Amma Kenni Sayeflə yollar ayrılacağı təqdirdə, Klassen komandaya cəlb edilə bilər.
Qeyd edək ki, “1860 Mühen”, “Tirol” klublarında oynadıqdan sonra “Spartak”a keçmiş 23 yaşlı futbolçu Rusiyanın U-21 yığmasının sabiq üzvüdür. Klassenin Moskva klubu ilə müqaviləsi 2025-ci il iyunun 30-na qədərdir.