"Difai" klubunun təqdimatı keçirildi

Əziz Əzizli
"Difai" klubunun təqdimatı keçirildi

Vətən müharibəsi iştirakçılarından ibarət "Difai" futbol klubunun təqdimatı keçirilib. Tədbirdə idman təşkilatlarının rəhbər şəxsləri, idman ictimaiyyətinin nümayəndələri iştirak ediblər.

"Operativ Media" xəbər verir ki, təqdimat mərasimində “Difai” futbol klubunun prezidenti Asəf Məlikov, Gənclər və İdman Nazirliyinin Aparat rəhbəri Amil Xudiyev, Peşəkar Futbol Liqasının vitse-prezidenti Aslan Şahgəldiyev çıxış edərək futbol klubuna uğurlar arzulayıblar. 

Ardınca, klubun himni səsləndirilib və yeni geyim formaları nümayiş olunub. Həmçinin, növbəti mövsümdən ölkə çempionatının Birinci Liqasında çıxış edəcək “Difai” FK-nın bu mövsümdə tərəfdaşı olacaq şirkətlərin adları açıqlanıb və müqavilələr imzalanıb.

Digər xəbərlər