Menyu

"Mançester Yunayted" qapıçısını Premyer Liqa klubuna satdı

Əziz Əzizli
"Mançester Yunayted" qapıçısını Premyer Liqa klubuna satdı

"Mançester Yunayted" qapıçısı Din Hendersonu satıb. 26 yaşlı qolkiper karyerasını "Kristal Pelas"da davam etdirəcək.

İqtisadiyyat.az xəbər verir ki, bu barədə London klubunun mətbuat xidməti məlumat yayıb. "Kristal Pelas" futbolçu üçün 17,5 milyon avro ödəyəcək. Tərəflər arasında 5 illik (2028-ci ilin iyun ayının sonuna qədər) müqavilə imzalanıb. Qeyd edək ki, Henderson 2022/2023 mövsümündə icarə əsasında "Nottinqem Forest"də çıxış edib. Qapıçı bütün yarışlarda 20 oyuna çıxıb.

Onun "Mançester Yunayted"lə müqaviləsi 2025-ci ilin iyun ayının sonuna kimi qüvvədə idi. "Transfermarkt" internet portalına görə, bu oyunçunun təxmini dəyəri 18 milyon avrodur.

Genitor

İdeyanı yaz —
dəqiqələr içində saytın olsun.

restoranım üçün sayt
Pulsuz başla →
Kod bilmək lazım deyil · Hostinq daxil · Avtomatik quraşdırma
Saytın hazırlanır…
CANLI
restoran.genitor.net
Genitor

Əlaqəli Xəbərlər