http://operativmedia.az/frontend/img/svg/proqnozu.svg
Bakı 16 ° C

Azərbaycan avarçəkəni Fransada Azərbaycan bayrağını qaldırdı

02 Sentyabr 2023 , 17:00
Azərbaycan avarçəkəni Fransada Azərbaycan bayrağını qaldırdı

Fransada təşkil edilən sahil avarçəkməsi üzrə Avropa çempionatı davam edir.

"Operativ Media" xəbər verir ki, Azərbaycan da bu yarışda təmsil olunub.

Diana Dımçenko bir nəfərlik qayıqda həm Azərbaycan Kanoe və Avarçəkmə Federasiyası, həm də Bakı Avarçəkmə Kanoe İdman klubu (BAKİ) adından çıxış edib.

Dımçenko hər iki kateqoriyada çıxışda ən yüksək mükafata sahib çıxıb. Azərbaycan Kanoe və Avarçəkmə Federasiyası adı altında mübarizədə idmançımız təsnifat və yarımfinal mərhələsində finişə birinci çataraq A finalına vəsiqə qazanıb. Diana Dımçenko 6 km məsafəyə həlledici yürüşdə ən yaxın rəqibi irlandiyalı Monika Dukarskanı 16 saniyə qabaqlayaraq (30:14.56 – 30:30.28) Azərbaycan bayrağını Fransada qaldırıb.

Bakı Avarçəkmə və Kanoe İdman Klubu adından çıxışlarda da Diana A finalına vəsiqəni təmin edib. Final yürüşündə də finişə hamıdan birinci çatan Diana Dımçenko fəxri kürsünün ən yüksək pilləsinə qalxaraq himnimizi səsləndirib.

Qeyd edək ki, Diana Dımçenko ötən il İspaniyanın San Sebastian şəhərində keçirilən sahil avarçəkməsi üzrə Avropa çempionatında qızıl medala sahib olub

OXŞAR XƏBƏRLƏR
"Qalatasaray" "Fənərbaxça"nı məğlub etdi

"Qalatasaray" "Fənərbaxça"nı məğlub etdi

Azərbaycan PL: "Turan Tovuz" evdə məğlub oldu

Azərbaycan PL: "Turan Tovuz" evdə məğlub oldu

Mahir Emreli "Nürnberq"də debüt etdi

Mahir Emreli "Nürnberq"də debüt etdi

XƏBƏR LENTİ
  • Dünən
    23:50

    ABŞ-də atışma olub
  • Dünən
    23:16

    "Qalatasaray" "Fənərbaxça"nı məğlub etdi
  • Dünən
    23:06

    Zaxarova: "Ukrayna ilə bağlı sülh sammitlərində iştirak etməyəcəyik"
  • Dünən
    22:30

    Fransanın yeni hökumətinin tərkibi təsdiqlənib
  • Dünən
    21:47

    Şuşada mikroavtobus aşıb, yaralananlar var
  • Dünən
    21:12

    Zelenski: Ukrayna hələ ABŞ və Britaniyadan Rusiya ərazisinə zərbələr üçün icazə almayıb
  • Dünən
    20:37

    Parisdə Makrona qarşı nümayiş keçirilib
  • Dünən
    19:57

    Azərbaycan PL: "Turan Tovuz" evdə məğlub oldu
Menyu