Mahir Emreli fərqləndi, "Dinamo" geridönüş etdi
Əziz Əzizli
Azərbaycan millisinin üzvü Mahir Emrelinin də formasını geyindiyi “Dinamo” bu gün Xorvatiya çempionatında 6-cı tur oyununa çıxıb. Zaqreblilər uğursuz başlayan oyunun gedişini məhz həmyerlimizin də köməyi ilə dəyişə bilib.
"Operativ Media" xəbər verir ki, Zaqreb təmsilçisi səfərdə “Osiyek”lə qarşılaşıb və 3:2 hesabı ilə qalib gəlib. Emreli 30-ci dəqiqədə meydana daxil olub.
İlk yarını 0:2 geridə başa vuran “Dinamo”nun ilk qolunu 71-ci dəqiqədə Mahir vurub. 86 və 90+8-ci dəqiqələrdə penaltilərlə daha iki dəfə fərqlənən “Dinamo” oyunu qalib bitirməyibacarıb.
Qeyd edək ki, “Dinamo” turnir cədvəlində 10 xalla 4-cü, “Osiyek” 11 xalla 2-cidir
İdeyanı yaz —
dəqiqələr içində saytın olsun.
›
restoranım üçün sayt
Pulsuz başla →
Kod bilmək lazım deyil · Hostinq daxil · Avtomatik quraşdırma
Saytın hazırlanır…
CANLI
restoran.genitor.net