04 Sentyabr 2023, 10:18
De Byazi millinin heyətini açıqladı
De Byazi millinin heyətini açıqladı şəkil
De Byazi millinin heyətini açıqladı

Avro-2024-ün seçmə mərhələsində Belçika, beynəlxalq yoldaşlıq oyununda isə İordaniya yığması ilə qarşılaşacaq Azərbaycan millisinin heyəti müəyyənləşib.

"Operativ Media" AFFA-nın saytına istinadən xəbər verir ki, baş məşqçi Canni De Byazi milliyə 26 futbolçu dəvət edib.

İtaliyalı mütəxəssis Ramil Şeydayevin çıxış etdiyi “Buriram Yunayted” klubunun Asiya Çempionlar Liqasında iştirakını nəzərə alaraq, hücumçunun Belçika ilə oyundan sonra millini tərk etmək istəyini müsbət qarşılayıb.

Qeyd edək ki, yığma sentyabrın 9-da Belçikanı, üç gün sonra isə İordaniyanı qəbul edəcək. Hər iki qarşılaşma "Dalğa Arena"da gerçəkləşəcək.

Qapıçılar: Şahrudin Məhəmmədəliyev ("Qarabağ"), Səlahət Ağayev ("Səbail"), Yusif İmanov ("Sabah")

Müdafiəçilər: Amin Seydiyev ("Sabah"), Anton Krivotsyuk ("Daejon Hana" Cənubi Koreya), Bəhlul Mustafazadə, Toral Bayramov, Rahil Məmmədov (hamısı "Qarabağ"), Bəxtiyar Həsənalızadə ("Tuzlaspor" Türkiyə), Höccət Haqqverdi ("Neftçi"), Elvin Bədəlov ("Sumqayıt") Yusif Nəbiyev ("Səbail"), Elvin Cəfərquliyev ("Qarabağ")

Yarımmüdafiəçilər: Coşqun Diniyev (Umraniyespor, Türkiyə), Elvin Camalov ("Sabah"), Emil Səfərov ("Qəbələ"), Emin Mahmudov ("Neftçi), Filip Ozobiç ("Neftçi), Rüstəm Əhmədzadə, Qismət Alıyev (hər ikisi "Zirə"), Ozan Can Kökçü "Eyndhoven", Niderland), Aleksey İsayev ("Sabah")

Hücumçular: Mahir Emreli ("Dinamo" Xorvatiya), Ramil Şeydayev ("Buriram Yunauyed", Tailand), Renat Dadaşov ("Qrasshopper", İsveçrə), Musa Qurbanlı ("Yurqorden, İsveç

Son xəbərlər
Türkiyənin vitse-prezidenti terrorçulara çağırış edib
Azərbaycan millisi (U-21) Şimali Makedoniya ilə heç-heçə etdi
Olaf Şolts hökuməti rəsmi olaraq istefa verib
DÇ-2026-ya daha bir komanda vəsiqə qazandı
Fransada iki təyyarə qəzaya uğrayıb
Paşinyan və ABŞ-nin dövlət katibi arasında telefon danışığı olub
Yollarda görünüş məsafəsi məhdudlaşacaq
Rusiyadan Misirə uçan təyyarə təcili eniş edib