"Sabah" "Dinamo Kiyev"in futbolçusunu transfer edir

Əziz Əzizli
"Sabah" "Dinamo Kiyev"in futbolçusunu transfer edir

"Sabah” heyətini daha bir futbolçu ilə gücləndirməyə hazırlaşır.

"Operativ Media" saytı xəbər verir ki, Kiyev “Dinamo”sunun vingeri Kahim Perris Bakı klubunda çıxış edəcək.

Bu barədə Ukrayna mətbuatı məlumat yayıb. Bildirilib ki, 23 yaşlı oyunçu yaxın günlərdə Azərbaycana köçəcək. Çünki Yamayka millisinin üzvü “Sabah”a icarəyə verilib. Müqavilədə oyunçunun birdəfəlik transfer edilməsi bəndi də var.

Qeyd edək ki, Kahim Perris ötən mövsüm 15 oyunda 3 qol vurub.

Digər xəbərlər