"Qarabağ"ın maraqlandığı futbolçu Braziliya klubuna keçdi

Əziz Əzizli
"Qarabağ"ın maraqlandığı futbolçu Braziliya klubuna keçdi

Bir müddət adı "Qarabağ"la da hallanan Alfredo Morelosun yeni klubu məlum olub.

"Operativ Media" xəbər verir ki, kolumbiyalı hücumçu "Santos"a keçib. Bu barədə Braziliya təmsilçisinin mətbuat xidməti məlumat yayıb. 27 yaşlı hücumçu ilə 2 illik müqavilə imzalanıb.

Son klubu "Reyncers" olan Morelos ötən mövsüm Şotlandiya təmsilçisində 45 oyunda 12 qol vurub

Digər xəbərlər