De Byazi: "Avropa Çempionatının əsas mərhələsinə çıxmaq çətin olacaq"

Əziz Əzizli
De Byazi: "Avropa Çempionatının əsas mərhələsinə çıxmaq çətin olacaq"

Azərbaycan millisinin baş məşqçisi Canni De Byazi Avro-2024-ün seçmə mərhələsində Belçika ilə oyun haqda fikirlərini bölüşüb.

"Operativ Media" xəbər verir ki, Niderland mətbuatına danışan italiyalı mütəxəssis yarışın əsas mərhələsində iştirak etməyin çətin olduğunu deyib:

"Düşünürəm ki, Almaniyada keçiriləcək Avropa çempionatının əsas mərhələsinə çıxmaq çətin olacaq. Azərbaycan yığmasının səviyyəsi o qədər yüksək olmasa da, ildən-ilə daha yaxşılaşır. Keyfiyyətli oyunçularımız var. Problem odur ki, seçim şansımız azdır.

Belçika böyük ulduzları olan komandadır. Onların tanınmış futbolçuları var. Bizim oyunçular yerli çempionatda olduğu rəqibə qarşı mübarizə aparmaq çətin olacaq. Buna baxmayaraq, təslim olmuruq. Oyunumuzu oynayacağıq və hədəflərimizə çatmaq üçün əlimizdən gələni edəcəyik".

Azərbaycan yığması sentyabrın 9-da Belçika ilə qarşılaşacaq.

Digər xəbərlər