Karvaxal: "Bellinqem kimi komandaya tez uyğunlaşan birini görməmişəm"

Əziz Əzizli
Karvaxal: "Bellinqem kimi komandaya tez uyğunlaşan birini görməmişəm"

"Real Madrid" klubunun müdafiəçisi Dani Karvaxal yeni transfer Cude Bellinqem haqqında danışıb.

"Operativ Media" xəbər verir ki, Karvaxal Bellinqemin komandaya tez uygunlaşdığını bildirib.

"Ramos və ya Ronaldo komandaya qoşulanda mən burada deyildim, lakin Cude Bellinqem kimi komandaya uyğunlaşan birini görməmişəm. Bunu təkcə onun meydandakı yüksək performansına görə demirəm. Komanda yoldaşları ilə münasibətləri də əla səviyyədədir”.

Digər xəbərlər