Menyu

"Sabah" yamaykalı hücumçu transferini açıqladı

Əziz Əzizli
"Sabah" yamaykalı hücumçu transferini açıqladı

"Sabah” FK daha bir futbolçunun keçidini rəsmiləşdirib.

"Operativ Media" xəbər verir ki, yamaykalı vinger Kahim Parris Ukraynanın “Dinamo” (Kiyev) klubundan icarəyə götürülüb.

İcarə müqaviləsinin müddəti cari mövsümün sonuna kimidir. Anlaşmaya əsasən, klub mövsümün sonunda 23 yaşlı futbolçunu transfer etmək hüququna malik olacaq.

Kahim karyerası ərzində Yamaykanın “Kavalier” (2017-2019), Sloveniyanın “Domjale” (2019/2020), “Krka” (2020-2021), “Koper” (2021-2022) klublarında çıxış edib. Futbolçu 2022-ci ildən Ukraynanın “Dinamo” (Kiyev) klubunun üzvüdür. Yamayka millisinin də üzvü olan vinger yığmada 10 matç keçirib.

Parris “Sabah”da 28 nömrəli formada çıxış edəcək

Genitor

İdeyanı yaz —
dəqiqələr içində saytın olsun.

restoranım üçün sayt
Pulsuz başla →
Kod bilmək lazım deyil · Hostinq daxil · Avtomatik quraşdırma
Saytın hazırlanır…
CANLI
restoran.genitor.net
Genitor

Əlaqəli Xəbərlər