Ana səhifə / İdman / İtaliya millisinin üzvü Səudiyyə Ərəbistanı klubuna keçir İtaliya millisinin üzvü Səudiyyə Ərəbistanı klubuna keçir 07.09.2023, 07:43 Əziz Əzizli Səudiyyə Ərəbistanı klubu "Əl İttihad" heyətinə yeni futbolçu cəlb edir. "Operativ Media" xəbər verir ki, ərəblər "Real Betis" klubunun italyan müdafiəçisi Luiz Felipe transferini bitirmək üzrədir. "Əl İttihad" İtaliya millisinin üzvü olan Luiz Felipe üçün klubuna 20 milyon avro ödəyəcək. Müqavilənin 2026-ci ilə qədər olması nəzərdə tutulub. Qeyd edək ki, Luiz Felipe İtaliya millisinin heyətində 2022-ci ildə debüt edib. Teqlər: "\u0130taliya millisinin \u00fczv\u00fc S\u0259udiyy\u0259 \u018fr\u0259bistan\u0131 klubuna ke\u00e7ir"