Torqan Azar Belçika klubuna keçdi

Əziz Əzizli
Torqan Azar Belçika klubuna keçdi

"Dortmund "Borussiya"sının futbolçusu Torqan Azar karyerasını Belçikada davam etdirəcək.

"Operativ Media" xəbər verir ki, "Anderlext" belçikalı yarımmüdafiəçini transfer edib. Bu barədə klubun mətbuat xidməti məlumat yayıb. Belçika klubu Azar üçün "Borussiya"ya 4 milyon avro ödəyib.

Azar 2019-cu ildən "Borussiya"da forma geyinirdi. O, ötən mövsüm 21 oyunda bir qolla yadda qalıb.

Digər xəbərlər