Azərbaycanlı idmançı Cəbəllütariq boğazını üzərək keçib
Əziz Əzizli
Azərbaycan vətəndaşı Boris Nəcəfov sentyabrın 5-də Cəballütariq boğazını üzərək keçib.
"Operativ Media" xəbər verir ki, idmançı ümumi 16,2 km məsafəni üzüb.
Qeyd edək ki, B.Nəcəfovun iştirak etdiyi üzmə missiyası Avropanın və İspaniyanın cənub nöqtəsindən - Tarifa şəhərindən başlayır və Afrikada - Mərakeşdə başa çatır.
Həmyerlimiz bildirib ki, Cəbəllüttariq boğazında üzmə zamanı rəqiblər insanlar deyil, külək, dalğalar, soyuq su və Atlantik okeanından gələn güclü axındır. Burada üzmək üçün hava şəraitini gözləmək lazımdır.
İdeyanı yaz —
dəqiqələr içində saytın olsun.
›
restoranım üçün sayt
Pulsuz başla →
Kod bilmək lazım deyil · Hostinq daxil · Avtomatik quraşdırma
Saytın hazırlanır…
CANLI
restoran.genitor.net