La Liqa prezidenti: "Kaş Messi karyerasını İspaniyada bitirərdi"

Əziz Əzizli
La Liqa prezidenti: "Kaş Messi karyerasını İspaniyada bitirərdi"

İspaniya La Liqasının prezidenti Xavyer Tebas Lionel Messi haqqında danışıb.

"Operativ Media" xəbər verir ki, o, Messinin karyerasını La Liqada davam etdirmədiyi üçün təəssüfləndiyini bildirib.

"Lionel  Messi razılığa gələ bilmədiyi üçün karyerasını "Barselona"da bitirmədi. Kaş ki, o, karyerasını La Liqada bitirəydi. Bu, onun üçün, mənim üçün və "Barselona" üçün ən yaxşısı olardı".

Qeyd edək ki, argentinalı ulduz futbolçu Lionel Messi karyerasını Amerikanın "İnter Mayami " klubunda davam etdirir.

Digər xəbərlər