"Kəpəz"lə oyundan sonra 3 gün istirahət edən "Araz-Naxçıvan" futbolçularıbu gündən məşqlərini bərpa edib.
"Operativ Media" xəbər verir ki, Bakı Olimpiya Stadionunun ehtiyat meydanında 90 dəqiqəlik çalışma daha çox fiziki hazırlıqla bağlı hərəkətllərin yerinə yetirilməsinə həsr olunub.
Gəncədəki qarşılaşmada yüngül zədələnən Turan Manafov, icazəli olan Numan Kurdiçlə İsmail Azzaui, eləcə də U-21-in düşərgəsində olan Abdulla Rzayev və Mirəli Əhmədov kollektivlə birgə hazırlığa qatılmayıb.






