http://operativmedia.az/frontend/img/svg/proqnozu.svg
Bakı 21 ° C

At polosu üzrə 14-cü Avropa çempionatında Azərbaycan yığması qrupu lider olaraq tamamlayıb

07 Sentyabr 2023 , 16:34
At polosu üzrə 14-cü Avropa çempionatında Azərbaycan yığması qrupu lider olaraq tamamlayıb

Sentyabrın 6-da Almaniyanın Düsseldorf şəhərində at polosu üzrə 14-cü Avropa çempionatında Azərbaycan yığması qrupda son oyununu keçirib.

Dövlət Sərhəd Xidmətinin mətbuat mərkəzindən "Operativb Media"ya bildirilib ki, İsveçrə üzərində 8:2,5 hesabla inamlı qələbə qazanan millimiz qrupu birinciliklə bitirərək yarımfinal mərhələsinə adlayıb. Qollardan üçünü kapitan Elçin Camallı, birini Tərlan Qurbanəliyev, 3-nü Joakin Kopello və 1-ni isə Andres Liorente öz aktivinə yazdırıb. İlk iki hissədən sonra rəqibdən böyük hesabla irəlidə olan komandamızın ehtiyat heyətinin üzvlərinə də oyunda iştirak etmək şəraiti yaradılıb.

Qeyd edək ki, yığmamız ilk oyunda İspaniyaya 6:5, ikinci oyunda son Avropa çempionu İtaliyaya 6:1 və İsveçrəyə isə 8:2,5 hesabı ilə qalib gələrək 20 dəqiq zərbə ilə ümumilikdə rəqib qapılarında ən çox top keçirən komandadır. Millimizin kapitanı Elçin Camallı isə şəxsi qol hesabına uyğun olaraq ümumilikdə 9 qolla alman Anton Qraboş və ispan Mario Qomezlə bombardirlər siyahısında birinci yeri bölüşür.

Çempionatın favoritlərindən hesab edilən Azərbaycan yığmasının yarımfinaldakı rəqibi sentyabrın 7-də Almaniya, Avstriya, Hollandiya və İngiltərənin iştirak etdiyi digər qrupda keçiriləcək son turun oyunlarından sonra müəyyən olunacaq.

Turnirin yarımfinal oyunları sentyabrın 9-da, final oyunu isə sentyabrın 10-da keçiriləcək.

OXŞAR XƏBƏRLƏR
"Qalatasaray" "Fənərbaxça"nı məğlub etdi

"Qalatasaray" "Fənərbaxça"nı məğlub etdi

Azərbaycan PL: "Turan Tovuz" evdə məğlub oldu

Azərbaycan PL: "Turan Tovuz" evdə məğlub oldu

Mahir Emreli "Nürnberq"də debüt etdi

Mahir Emreli "Nürnberq"də debüt etdi

XƏBƏR LENTİ
  • Dünən
    23:50

    ABŞ-də atışma olub
  • Dünən
    23:16

    "Qalatasaray" "Fənərbaxça"nı məğlub etdi
  • Dünən
    23:06

    Zaxarova: "Ukrayna ilə bağlı sülh sammitlərində iştirak etməyəcəyik"
  • Dünən
    22:30

    Fransanın yeni hökumətinin tərkibi təsdiqlənib
  • Dünən
    21:47

    Şuşada mikroavtobus aşıb, yaralananlar var
  • Dünən
    21:12

    Zelenski: Ukrayna hələ ABŞ və Britaniyadan Rusiya ərazisinə zərbələr üçün icazə almayıb
  • Dünən
    20:37

    Parisdə Makrona qarşı nümayiş keçirilib
  • Dünən
    19:57

    Azərbaycan PL: "Turan Tovuz" evdə məğlub oldu
Menyu