3 futbolçu Belçika ilə oyunun heyətindən uzaqlaşdırıldı
Əziz Əzizli
Azərbaycan millisinin 3 futbolçusu AVRO-2024-ün seçmə mərhələsində bu gün Belçika ilə keçiriləcək oyunun “23-lüy”ündən kənarda qalıb.
"Operativ Media" xəbər verir ki, baş məşqçi Canni De Byazi iki müdafiəçi və bir yarımmüdafiəçinin xidmətinə ehtiyac duymayıb. Bunlar Bəxtiyar Həsənalızadə, Amin Seydiyev və Ozan Can Kökçüdür. Adıçəkilən oyunçular “Dalğa Arena”da baş tutacaq qarşılaşmanı tribunadan izləməli olacaqlar.
Qeyd edək ki, Azərbaycan – Belçika görüşü saat 17:00-da başlayacaq.
İdeyanı yaz —
dəqiqələr içində saytın olsun.
›
restoranım üçün sayt
Pulsuz başla →
Kod bilmək lazım deyil · Hostinq daxil · Avtomatik quraşdırma
Saytın hazırlanır…
CANLI
restoran.genitor.net