"Qarabağ” qrup oyunları üçün yekun iştirak ərizəsini açıqladı

Əziz Əzizli
"Qarabağ” qrup oyunları üçün yekun iştirak ərizəsini açıqladı

"Qarabağ” Avropa Liqasının qrup mərhələsinin oyunları üçün sifariş ərizəsini UEFA-ya göndərib.

"Operativ Media" xəbər verir ki, bu barədə Ağdam klubu məlumat yayıb.

Baş məşqçi Qurban Qurbanov heyətə 24 futbolçunun adını daxil edib. Komandadan ayrılacağı gözlənilən fransalı hücumçu Adama Diakabinin adı heyətdə yoxdur.

Digər xəbərlər