Menyu

Marko Verratti Qətər klubuna keçir

Əziz Əzizli
Marko Verratti Qətər klubuna keçir
1 dəq oxu

PSJ klubunun heyətində düşünmədiyi italyan futbolçu Marko Verattinin yeni klubu müəyyənləşmək üzrədir.

"Operativ Media" xəbər verir ki, təcrübəli yarımmüdafiəçi Qətərin "Əl Ərəbi" klubuna transfer olacaq. Bu haqda insayder Nikolo Skira məlumat yayıb.

Qətər klubu Verratti üçün PSJ-ə 50 milyon avro ödəyəcək. Müqavilənin 2026-ci ilədək olması planlaşdırılır.

Əlaqəli Xəbərlər