Menyu

Azərbaycan polo yığması Avropa Çempionatında inamlı çıxış edir

Əziz Əzizli
Azərbaycan polo yığması Avropa Çempionatında inamlı çıxış edir

Almaniyanın Düsseldorf şəhərində at polosu üzrə 14-cü Avropa Çempionatında Azərbaycan yığması qələbəlik seriyasını inamla davam etdirir.

"Operativ Media" xəbər verir ki, sentyabr ayının 9-da komandamız yarımfinal mərhələsində Avstriya yığması ilə qarşılaşmış və növbəti qələbəyə imza ataraq finala vəsiqə qazanmışdır.

Mübarizəyə handikap fərqinə görə (6-8) 1,5 top fərqiylə geridə başlayan millimiz ümumilikdə 6 qol vuraraq 6-3,5 hesabı ilə rəqibini darmadağın etməyi bacardı.

Rəqib komandanın qapısından zərbələrin 3-nü Tərlan Qurbanəliyev, 1-ni Elçin Camallı və 2-ni Joakin Kopello keçirdi. 

Turnirin Almaniya ilə İspaniya arasında keçirilən digər yarımfinal oyununda 7-5 hesabıyla ispanlar qalib oldular.

Azərbaycan və İspaniya yığmaları arasında baş tutacaq çempionatın final oyunu 10 sentyabr tarixində keçiriləcəkdir.

Xatırladaq ki, çempionatın ilk oyununda yığmamız gərgin mübarizədə 6:5 hesabı ilə İspaniya yığmasına qalib gəlmişdi.

Teqlər:

"Az\u0259rbaycan polo y\u0131\u011fmas\u0131 Avropa \u00c7empionat\u0131nda inaml\u0131 \u00e7\u0131x\u0131\u015f edir"

Əlaqəli Xəbərlər