Erlinq Holann Kilyan Mbappe ilə arasındakı rəqabətin Lionel Messi ilə Kriştiano Ronaldo rəqabətinə bənzədilməməsinin lazım olduğunu bildirib.
Futbolda son iyirmi ilə Lionel Messi və Kriştiano Ronaldo arasındakı rəqabətlə əlamətdar olsa da, meydanlar indi yeni Messi və Ronaldosunu axtarır. PSJ-nin ulduzu Kilyan Mbappe və “Mançester Siti”nin ulduzu Erlinq Holannın onların mirasını davam etdirəcəkləri düşünülür. Lakin Erlinq Holanna görə, hər iki rəqabət eyni deyil.
"Operativ Media" xəbər verir ki, "France Football"a müsahibə verən Erlinq Holann yeni yaranacaq rəqabətdən danışıb.
"Hər kəs belə düşünür, amma Messi və Kriştianonun etdiklərinin nə qədər inanılmaz olduğunu qeyd etməliyik. Onların qocalmasına baxmayaraq, onların hələ də yüksək səviyyədə olduqlarını unutmamalıyıq. Amma mən özümü heç vaxt digər oyunçularla müqayisə etmirəm. Mən hər şeyə belə yanaşmıram. Özümə fokuslanıram, hər gün daha da yaxşılaşıram və etdiyim işdən həzz almağa çalışıram".
Erlinq Holann özünü Kilyan Mbappe ilə müqayisə etməsə də, futbolun zirvəsində olan ulduzların matçlarını izləyir: "Çoxlu matçlara baxıram. Futbolu sevirəm, həyatımın 100 faizi futboldur. Məşqlərdən vaxt tapdıqca, oyunları izləyirəm".






