"Başakşəhər" klubunda yeni baş məşqçi müəyyənləşdi

Əziz Əzizli
"Başakşəhər" klubunda yeni baş məşqçi müəyyənləşdi

"Başakşəhər" Emre Belözoğlu ilə yollarını ayırdıqdan sonra məşqçi postu üçün razılaşdıqları Çağdaş Atan üçün imza mərasimi keçirilib.

"Operativ Media" xəbər verir ki, "Başakşəhər" klubunun prezidenti Göksel Gümüşdağın iştirakı ilə klub təsislərində keçirilən imza mərasimində Çağdaş Atan 2+1 illik müqavilə imzalayıb.

Qeyd edək ki, "Basakşəhər"in sabiq baş məşqçisi Emre Belözoğlunun adı Türkiyə milli komandası ilə hallanır.

Digər xəbərlər