Menyu

"Sumqayıt" Şimali Makedoniyalı futbolçu ilə gücləndi

Əziz Əzizli
"Sumqayıt" Şimali Makedoniyalı futbolçu ilə gücləndi

2023/24 mövsümü üçün transfer çalışmalarını davam etdirən "Sumqayıt" FK daha bir futbolçunun keçidini reallaşdırıb.

"Operativ Media" xəbər verir ki, "kimyaçılar" Şimali Makedoniyanın "AP Brera" klubunun futbolçusu Kristian Velinovski ilə 2 illik müqavilə imzalayıb. 24 yaşlı cinah oyunçusu "18" nömrəli formada çıxış edəcək.

Qeyd edək ki, Kristian Velinovski karyerası ərzində Şimali Makedoniyanın "Breqalnitsa" və "AP Brera" klublarında çıxış edib. Velinovski Şimali Makedoniyanın 21 yaşlılardan ibarət milli komandasına da dəvət alıb.

Genitor

İdeyanı yaz —
dəqiqələr içində saytın olsun.

restoranım üçün sayt
Pulsuz başla →
Kod bilmək lazım deyil · Hostinq daxil · Avtomatik quraşdırma
Saytın hazırlanır…
CANLI
restoran.genitor.net
Genitor

Əlaqəli Xəbərlər