AFFA İrəvandakı təxribata görə UEFA-ya şikayət edəcək

Əziz Əzizli
AFFA İrəvandakı təxribata görə UEFA-ya şikayət edəcək

Avro-2024-ün seçmə mərhələsi çərçivəsində İrəvanda keçirilən Ermənistan-Xorvatiya matçında meydan sahibləri təxribata əl atıblar.

Oyunun ilk hissəsinin sonlarına doğru meydanda dronla Qarabağdakı qondarma rejimin “bayrağı” uçurdulub.

"Operativ Media" xəbər verir ki, məsələ ilə əlaqədar AFFA-nın mətbuat xidmətinin rəhbəri Elnur Məmmədli öz sosial media hesablarında paylaşım edib. O, hadisə ilə bağlı AFFA-nın UEFA-ya müraciət edəcəyini bildirib.

Digər xəbərlər